Dünya

“Reaksiya verməsək, küçələrdə maşınlarımızı yandıracaqlar...” - Putin - VİDEO

3 Mart 2020 14:54
0 Şərh     Baxış: 4 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mitinqlərin bütün iştirakçıları kütləvi aksiyaların davranış qaydalarına riayət etməlidirlər, əks halda vəziyyət küçə iğtişaşlarına səbəb ola bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti "TASS" agentliyinin "Vladimir Putinə 20 sual" layihəsi üçün verdiyi müsahibədə bildirib.

"Küçələrimizdə maşınların yandırılmasını istəyirikmi? Əgər reaksiya verməsək, yandıracaqlar. Pəncərələri sındıracaqlar və müəyyən insanlar bundan zərər çəkəcəklər", - Vladimir Putin icazəsiz mitinqlərlə bağlı yaranan vəziyyəti şərh edərkən bildirib.

Bundan əlavə, icazəsiz aksiyalarda iştirak etməyə görə həbslərdən danışan Putin qeyd edib ki, bir sıra ölkələrdə azadlıqdan məhrumetmə müddəti kiçikdir. Lakin, məsələn, İsveçdə buna görə həbs cəzası 5 ildən 10 ilədək ola bilər.

"Bizdə bu yoxdur", - Putin qeyd edib.

Xatırladaq ki, 2019-cu ilin yayında Moskvada bir neçə kütləvi etiraz aksiyası keçirilmişdi. Bir çoxu razılaşdırılmamış olan aksiyalarda iştirakçılar saxlanılaraq məsuliyyətə cəlb olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.