Dünya

Ərdoğan və Tramp İdlibdəki vəziyyəti müzakirə ediblər

28 Fevral 2020 22:02
0 Şərh     Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli məsələlərlə yanaşı, İdlibdə baş verən son hadisələr, regional məsələlər müzakirə olunub.

Görüşlə bağlı Ağ Evdən verilən açıqlamada Trampın türk əsgərlərinə olan hücumu qınadığı bildirilib. Trampın, Suriyanın şimal-qərbindəki qarşıdurmaların azaldılması və insan fəlakətinin qarşısının alınması üçün Türkiyənin göstərdiyi səyləri dəstəklədiyi qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.