Dünya

İran millisinin sabiq üzvü koronavirusdan dünyasını dəyişdi

28 Fevral 2020 16:19
0 Şərh     Baxış: 2 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mətbuat orqanları məlumat yayıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şeyxi İsfahanın "Sepahan" klubunda çıxış edib.

Rəsmi məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb və 245 yoluxma halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.