Dünya

Eşitdiyi sözləri “udmadı”, 17 yaşında ata qatili oldu - FOTO

26 Fevral 2020 14:52
2 Şərh     Baxış: 2 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17 yaşlı yeniyetmə atasının söyüşlərinə dözməyərək, onu bıçaqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Təkirdağ vilayətində baş verib.

Bildirilir ki, ata İbrahim Xəlil S. ilə oğlu A.S. arasında münaqişə yaşanıb. Nəticədə, oğlu tərəfindən bıçaqlı hücuma məruz qalan ata həyatını itirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları A.S.-nı saxlayıb.

Məhkəmədə A.S. atasının mütəmadi olaraq içki içərək anasını, böyük bacısını və onu döydüyünü, ağır sözlərlə təhqir etdiyini bildirib. Onun sözlərinə görə, yeniyetmə sonda əsəblərinə hakim ola bilməyib və soyuq silaha əl atıb.

Məhkəmədən sonra A.S. həbs olunub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.