Dünya

Dünyada ən yaşlı kişi dünyasını dəyişib - VİDEO

25 Fevral 2020 08:54
0 Şərh     Baxış: 2 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Niiqata prefekturasının 112 yaşlı sakini - bu ayın əvvəlindən dünyada ən uzunömürlü kişi kimi Ginnesin Rekordlar kitabına düşən Titetsu Vatanabe dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi bildirib.

Bildirilir ki, Vatanabe 5 mart 1907-ci ildə doğulub, fevralın 23-də vəfat edib. Ən uzunömürlü kişi titulunun ondan əvvəlki sahibi də yaponiyalı olub. 113 yaşlı Masadzo Nonaka ötən il yanvarın 20-də dünyasını dəyişib.

Qeyd edək ki, yaponlar ənənəvi olaraq ən uzunömürlü insanların siyahısında ön pillələrdə yer alır. Dünyanın ən qoca qadını statusunun sahibi 117 yaşlı Kane Tanaka həm də ən uzunömürlü insan kimi Ginnesin Rekordlar kitabına düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.