Kanadada yeni növ koronavirusa daha bir yoluxma halı qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ontario əyalətinin Səhiyyə Nazirliyindən bildiriblər.
Qeyd edilir ki, koronavirusa yoluxan qadın ölkəyə fevralın 21-i Çindən gəlib. O, Torontoya gəldikdən sonra həkimlərə müraciət edib.
Qeyd edək ki, Kanadada yeni növ koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb.
Milli.Az