Dünya

Rusiya “Yukos” işi üzrə 50 milyard təzminat ödəməlidir

20 Fevral 2020 08:03
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haaqa Apelyasiya Məhkəməsi Rusiyanın "Yukos" neft şirkətinin keçmiş səhmdarlarına 50 milyard avrodan çox təzminat ödəməsi qərarını verib. Bu, beynəlxalq arbitraj tarixində ən böyük təzminat məbləğidir.

Məhkəmə hesab edib ki, 2000-ci illərin əvvəllərində Rusiyada "Yukos"un rəhbəri Mixail Xodorkovskini müflis etmək, aktivlərini ələ keçirmək və siyasətdən uzaqlaşdırmaq istiqamətində məqsədyönlü və planlaşdırılmış geniş miqyaslı fəaliyət təşkil olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Moskva "Yukos"un keçmiş səhmdarlarının dürüst investor və vergi ödəyiciləri olmadıqlarını, aktivləri gizli sövdələşmələr və rüşvət hesabına əldə etdiklərini əsas gətirərək və qərara etiraz cavabı olaraq Niderlandın Ali Məhkəməsinə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, səhmdarlar 2005-ci ildə Haaqa Beynəlxalq Arbitraj məhkəməsinə Rusiya Federasiyasının 100 milyard avroya yaxın təzminat ödəməsi tələbi ilə müraciət ediblər.

2014-cü ilin iyul ayında şikayət edən tərəfə 50 milyard avro təzminat ödəmək barədə qərar qəbul edilsədə Rusiya bu qərarın Haaqa Dairə Məhkəməsində ləğv olunmasına nail olub.

2016-cı ildə "Yukos"un müflis olması zamanı küllü miqdarda sərmayə itirən "Yukos Universal Limited", "Hulley Enterprises Limited" və "Veteran Petroleum Limited" şirkətləri Haaqa Apelyasiya Məhkəməsinə müraciət ediblər və hazırda proses yuxarıda qeyd olunan Rusiyanın "Yukos" neft şirkətinin keçmiş səhmdarlarına 50 milyard avrodan çox təzminat ödəməyi qərarının verilməsi ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.