Dünya

Qaradərili kişi ağdərili qadını qaçırıb, 9 saat boyunca irqçiliklə bağlı sənədli film izlətdi - FOTO

19 Fevral 2020 12:08
6 Şərh     Baxış: 3 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da qaradərili kişi orta yaşlı qadını qaçırıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Afrika əsilli amerikalı ağdərili qadını qaçıraraq evində 9 saat boyunca sənədli film izlədib.

Robert Lee Noye adlı şəxs ağdərili qadını evinə gətirib, yanında oturdub, 9 saatlıq "Roots" sənədli filminə baxmağa məcbur edib.

Gazette-nin yazdığı məlumata görə, 52 yaşlı qaradərili kişi qadının qaçmaması üçün onu ölümlə də təhdid edib.

Robert polis tərəfindən saxlanılıb. O, ifadəsində bildirib ki, qadını başa salmaq üçün belə bir üsuldan istifadə edib.

Qeyd edək ki, "Roots" sənədli filmi 1977-ci ilin istehsalıdır. Film, əsasən, kökəlik və rasizmlə bağlıdır.

Bəxtiyar Umarlı
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.