Şou-biznes

Ebru Gündeşin əri saxlanıldı

22 Avqust 2025 19:00
Baxış: 384
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemir saxlanılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan Selahəddin Yılmaz Cinayətkar Dəstəsi istintaqı çərçivəsində yeni həbslər həyata keçirilib.

Müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Murat Özdemir "cinayətkar dəstənin üzvü olmaq" ittihamı ilə dünən saxlanılıb.

Özdemirin polis idarəsindəki ifadəsi tamamlanıb və bu gün məhkəməyə göndərilib.

İBB (İstanbul Böyükşəhər Bələdiyyəsi) istintaqı çərçivəsində həbs olunan İBB İdman Klubunun sədri Fatih Keleşin, həbsxanadan vəkili vasitəsilə cinayətkar dəstə rəhbəri olduğu iddia edilən Selahəddin Yılmaza "Aziz İhsan Aktaşı susdurun" göstərişi verdiyi iddia olunmuşdu.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, İstanbul mərkəzli dörd şəhərdə əməliyyat keçirilmiş və 13 şübhəli saxlanılıb.

Bildirilib ki, Özdemir həmin dəstə ilə əlbir olaraq mütəşəkkil sənaye bölgəsinə basqın edib.

Qeyd edək ki, Ebru bundan əvvəl iş adamı Rza Zərrabla evliliyinə qalmaqallı şəkildə son qoyub. Onun bu nikahdan bir qız övladı var. 

Murad iki dəfə evli olan Muradın 3 övladı var. 

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.