Dünya

Əşrəf Qəni yenidən prezident seçildi

18 Fevral 2020 18:38
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın hazırkı rəhbəri Əşrəf Qəni yenidən prezident seçkilərinin qalibi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının (MSK) sədri Havu Ələm Nuristaninin açıqlamasında deyilir. O bildirib ki, Qəni seçicilərin 50,64%-nin səsini toplayaraq ikinci müddətə prezident seçilib.

Səsvermənin nəticələrinə görə, ikinci yeri 39,52% səslə Abdulla Abdulla, üçüncü yeri 3,85% səslə Gülbəddin Hikmətiyar tutub.

Qeyd edək ki, MSK-nın nəticələri elan etməsindən sonra Abdulla "Facebook" səhifəsində bununla razılaşmayaraq səslərin yenidən hesablanmasını tələb edib.

Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri ötən il sentyabrın 28-də keçirilib. İlkin nəticələr elan olunduqdan sonra Əfqanıstanın Şikayətlər və İradlar Komissiyasına 16,5 min şikayət daxil olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.