Dünya

Dayə 3 yaşlı qızı DVD-ni aşırdığına görə bıçaqlayıb, öldürdü - FOTO

18 Fevral 2020 13:17
0 Şərh     Baxış: 3 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dayə 3 yaşlı qızı "DVD player"i aşırdığına görə bıçaqlayıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Tamara Kazantseva adlı qadın 3 yaşlı Zlata adlı qızı bıçaqlayaraq öldürüb.

34 yaşlı qadın hakim qarşısında ifadə verərkən cinayət törətdiyini etiraf edib. O, qızı bıçaqlayarkən sərxoş halda olduğunu boynuna alıb.

Dəhşətli hadisə Qazaxstanın Vesovaya vilayətində baş verib.

Məhkəmədə bildirilib ki, uşağın valideynləri Zlatanı ona tapşıraraq işə gediblər. Bu zaman Tamara 43 yaşlı sevgilisini evə çağırıb və birlikdə spirtli içki qəbul ediblər.

Yataq otağında yuxuya gedən cütlük səsə ayılıb. Qadın qonaq otağına keçdikdə qızın "DVD player"i aşırdığını görüb. O, mətbəx bıçağı ilə körpə qızı 10 yerindən bıçaqlayıb. Dayənin sevgilisi otağa girdikdə dəhşətə gəlib və polis çağırıb.

Məhkəmə Tamara Kazantsevanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.