Dünya

Türkiyədə ana azyaşlı övladını döyərək öldürdü - FOTO

17 Fevral 2020 16:39
1 Şərh     Baxış: 1 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İzmir şəhərində azyaşlının ölümündə şübhəli bilinən anası və onun sevgilisi hakim qarşısına çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, beş yaşlı Eymen Sadiq həmin şəxslər tərəfindən döyülərək öldürülüb.

Belə ki, 26 yaşlı Mine D. və sevgilisi 38 yaşlı Serkan E. uşaqla birgə gəzməyə gediblər.

Qətl onlar geri qayıdanda baş verib.

Məhkəmə prosesində dindirilən qadın gəzməkdən qayıdanada yolda avtomobili saxlayıb tualetə getdiyini, qayıdanda isə oğlunu ölmüş vəziyyətdə gördüyünü deyib.

Sevgilisi Serkan E. isə Eymen Sadiqin anası tərəfindən öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, qadın uşağını öldürdükdən sonra onun əllərini bağlayaraq çamodana qoyub və basdırıb.

Qadın ittihamları qəbul etməsə də, həmin vaxt sevgilisi ilə narkotik qəbul etdiklərini bildirib.

Məhkəmə ananın psixoloji vəziyyətinin müəyyən edilməsi üçün ekspertiza təyin edərək prosesi təxirə salıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.