Dünya

Ruhani: "Qadınlara yüksək vəzifələrdə işləmək imkanı verilməlidir"

16 Fevral 2020 10:27
0 Şərh     Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda qadınlara yüksək vəzifələrdə işləmək imkanı verilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani İranda Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə deyib.

H.Ruhani bildirib ki, Prezidentə qadın naziri seçmək üçün şərait yaradılmalıdır.

Onun sözlərinə əsasən, İranın hazırkı hökuməti (2013-cü ilin avqust ayında iqtidara gəlib - red.) nazirlərə ən azı bir müavin və ya müşavirin qadın olmasını tapşırıb.

İran Prezidenti hazırkı hökumətinin dövründə 4 qadın səfir təyin olunduğu və İranın Xarici İşlər Nazirliyinə qadın səfirlərin sayının artması haqqında tapşırıq verildiyini deyib.

"İranda silahlı qüvvələr istisna olmaqla 2,37 milyon nəfər dövlət idarələrində çalışır. Onların 959 min nəfəri qadındır. Yəni dövlət işçilərinin 42,1 faizini qadınlar təşkil edir", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.