Dünya

Qar 8 nəfərin ölümünə, 85 nəfərin yaralanmasına səbəb oldu

12 Fevral 2020 10:51
0 Şərh     Baxış: 1 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın şimalında yerləşən Gilan vilayətində yağan güclü qar 8 nəfərin ölümünə səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. Onun sözlərinə görə, Rudbar rayonunda uçqun nəticəsində 5 nəfər, Rəşt şəhərində isə 2 nəfər qar təmizləyərkən hündürlükdən yıxılaraq həlak olub.

Xaledi bir nəfərin təcili yardıma çatdırlmadığı üçün ürək çatışmazlığından öldüyünü deyib. Təşkilat rəsmisi bildirib ki, qar və uçqun nəticəsində ümumilikdə 85 nəfər xəsarət alıb.

Güclü qar səbəbi ilə İranın müxtəlif bölgələrində 4,3 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

İranın bir sıra vilayətlərində məktəblərin fəaliyyəti dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.