Dünya

İranın Ali Məhkəməsi 7 nəfərin edam cəzasını təsdiqlədi

9 Fevral 2020 19:34
1 Şərh     Baxış: 2 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Ali Məhkəməsi Qərbi Azərbaycan əyalətində din xadimini öldürdüklərinə görə yeddi nəfər sünni məzhəbli vətəndaşa verilən edam cəzasını təsdiqləyib.

Bu barədə "Hürriyet" informasiya yayıb.

10 ildən çoxdur davam edən məhkəmədən sonra Rəcai həbsxanasında saxlanılan Ənvər Huzuri, Kamran Şeyhə, Fərhad Səlimi, Qasım Abəstə, Xosrov Bəşarət, Əyyub Kərimi və Davud Abdullahi haqqında verilən qərar fevralın 3-də məhbusların vəkillərinə çatdırılıb.

Xatırladaq ki, iranlı din xadimi Əbdürrəhim Tina 2008-ci ildə öldürülüb. Qətldə şübhəli bilinərək saxlanılanlar isə məhkəmə ifadələrində İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatının təxribatının qurbanı olduqlarını açıqlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.