Dünya

Kanada İrandan 1,5 milyard dollar təzminat tələb edir

8 Fevral 2020 18:00
0 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada hüquqşünaslar Tehranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə ilə bağlı İran hökumətindən 1.5 milyard Kanada dolları (1.95 milyard AZN) ödəməyi tələb edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əsas iddiaçının adı açıqlanmayıb. Hüquqşünasların sözlərinə görə, onun ailəsi İrandadır və hökumət tərəfindən təqib oluna bilər. Məhkəmədə cavabdeh tərəflər İran hökuməti, İranın Ali dini lideri Ayətullah Əli Xameneyi, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandirləridir.

Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus "Boeing 737-800" təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə vaxtı 176 nəfər həlak olub. Onlardan 63-ü Kanada vətəndaşı olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.

Rəsmi Tehran təyyarənin "qara qutuları"nı özündə saxlamağa qərar verib. Bu qərar Kanadanın Baş naziri Castin Tryudo tərəfindən kəskin tənqid edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.