Dünya

Bu ölkədə tələbələrin 40 faizi çalışır

6 Fevral 2020 08:19
0 Şərh     Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanda tələbələrin 40 faizi asudə vaxtlarında çalışır. Sadə dildə bu cür praktika "əlavə qazanc" adlanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu rəqəmi Macarıstanın Əmək Resursları Nazirliyi açıqlayıb.

Hələ 10 il əvvəl hər on tələbədən biri təhsil almaqla yanaşı, həm də işləyirdi. Göründüyü kimi, 10 il ərzindən belə tələbələrin sayı dörd dəfə artıb. Maraqlısı budur ki, ölkədə ali məktəb tələbələrinin sayı azalıb, ali təhsil ocaqlarında davamiyyət qaydalarının sərtləşdirilməsi isə ona gətirib çıxarıb ki, tələbələrin işləmək üçün asudə vaxtı, demək olar, qalmayıb.

Nazirlikdən onu da bildiriblər ki, tələbə işçilər axtaran şirkətlərin də sayı durmadan artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.