Dünya

Rusiya Çin ilə dəmir yolu əlaqəsini dayandırır

2 Fevral 2020 23:36
0 Şərh     Baxış: 1 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Çinlə dəmir yolu əlaqəsini dayandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəmir yolu əlaqəsinin dayandırılmasının məqsədi yeni növ koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaqdır.

Bildirilir ki, Moskva vaxtı ilə fevralın 3-ü saat 00:00-da Rusiya və Çin arasında sərnişin qatarlarının hərəkəti tamamilə dayandırılacaq.

Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.