Dünya

Qarın hündürlüyü iki metr oldu, 85 kəndlə əlaqə kəsildi - FOTO

1 Fevral 2020 17:14
1 Şərh     Baxış: 2 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Siirt vilayətində aramsız qar yağması 85 kəndlə əlaqənin kəsilməsinə səbəb olub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Şirvan, Eruh, Pervari, Kurtalan və Baykan rayonlarının 85 kəndi ilə əlaqə kəsilib.

Buna əraziyə iki metr hündürlükdə qar yağması səbəb olub.

Kəndlərə gedən yolların qardan təmizlənməsi üçün on qrup cəlb edilib.

Vilayət Xüsusi idarəsinin Baş katibi Hıfzullah Canpolat bağlanan yolların açılması üçün cəlb olunan heyətlərin dayanmadan işlədiklərini deyib:

"Qar hələ də yağmağa davam edir. Bu, açılan yolların yenidən bağlanmasına səbəb olur, bağlanan yolları yenidən açırıq".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.