Dünya

İran vә Çin arasında hava reyslәri dayandırıldı

31 Yanvar 2020 21:57
0 Şərh     Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran vә Çin arasında hava reyslәri müvәqqәti olaraq dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın sәhiyyә, müalicә vә tibbi tәhsil naziri Sәud Nәmәki deyib.

S.Nәmәkinin sözlәrinә görә, bununla әlaqәdar vitse-prezident vә bir neçә nazirin iştirak etdiyi iclasda qәrar verilib.

Nәmәki әlavә edib ki, Çindә olan İran vәtәndaşlarının ölkәyә gәtirilmәsi ilә bağlı qәrar da verilib. Belә ki, onlar üçün xüsusi uçuşlar tәşkil oluna bilәr.

İranlı nazir deyib ki, ölkәyә gәtirilən vətəndaşlar xüsusi şәkildә 2 hәftәlik nәzarәtә götürülәcәklәr.

"Çin hökumәtinin razılığı olduğu halda gәlәn hәftә 70 iranlı tәlәbәnin ölkәyә gәtirilmәsi planlaşdırılır", - deyә o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.