Dünya

Kişi boşandığı həyat yoldaşını ''kislota'' ilə YANDIRDI - FOTO

31 Yanvar 2020 05:30
0 Şərh     Baxış: 3 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada həyat yoldaşından boşanan kişi, qadını və onun iş yerini yandırıb.

Milli.Az xəbər verir ki, Rusiyanın Solikamsk şəhərində kişi boşandığı həyat yoldaşının üstünə yandırıcı maddə töküb. Hadisə qadının işlədiyi marketin kameralarında görüntülənib.

Belə ki, marketə gələn kişi keçmiş həyat yoldaşının kassaya yaxınlaşmasını gözləyib. Kişi qadının yaxınlaşmasının ardından əlindəki yandırıcı maddəni onun üstünə töküb. Qadın arxa otağa qaçaraq uzaqlaşmaq istəsə də kişi onu alovla yandırıb. Dəhşətli hadisəni törədən kişi qaçsa da polis tərəfindən saxlanılıb. Yandırılan qadın isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.