Nikol Paşinyanın özünüifşası - Anti-Soros fəalı həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi çoxdan deyilir. Bunu nəinki Ermənistanın daxilindəki siyasi qüvvələr, hətta beynəlxalq analitiklər də zaman-zaman şərh ediblər. Ona görə də Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, qanunsuz mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir.
Bu qüvvələr nəhayət küçə adamı Paşinyanın baş nazir olmasına da nail oldular. Bundan sonra Ermənistan daxili siyasətində parçalanmalar baş verdi. Hakimiyyət faktiki olaraq Qarabağ klanı və anti-Sorosçu müxalifətçilər arasında var-gəl etməkdədir. Baxmayaraq, Paşinyan özü süni davranışları ilə vəziyyətin belə olmadığını, əksinə hər şeyin onun ürəyincə olduğunu göstərməyə çalışır. Onu Sorosun əlaltısı olmaqda ittiham edənləri isə ən sərt şəkildə cəzalandırır.
Bunu təsdiq edən növbəti belə fakt bu gün baş verdi. Belə ki, Paşinyan hökumətinin göstərişi ilə Ermənistan polisi anti-Soros fəalını həbs etdi. Bu barədə İnterfaks da xəbər verib ki, İrəvanda müxalif "VETO" siyasi və ictimai hərəkatının rəhbəri Narek Malyan tutulub.
Hətta Malyanın öz ofisinin yaxınlığındakı küçədə saxlanılmasının video görüntüləri Ermənistan polisinin əsas mütəşəkkil cinayətkarlıq şöbəsinin əməkdaşları tərəfindən "Facebook"da da yayımlanıb.
Malyan Ermənistanda Soros Fondunun respublikadakı fəaliyyətinə qarşı mübarizəsi ilə tanınır. Əslində, bu adamın həbsi ilə Paşinyan Sorosla birbaşa bağlılığının olduğunu isbatlamış oldu. Görünür, get-gedə zəifləməkdə olan nüfuzunu bu kimi tədbirlərlə bərtəraf etmək istəyir. Lakin artıq Ermənistanda siyasi elita daxilində rəqabətin güclənməsi müşahidə olunur. 2018-ci illə müqayisədə baş nazir Nikol Paşinyanın reytinqi kifayət qədər aşağı düşüb. Onun "məxməri inqilab" zamanı verdiyi vədləri yerinə yetirə bilməməsi baş nazirə inamın azalmasına gətirib çıxarıb. Hökumət 2019-cu ildə Ermənistanda iqtisadi artımın 7,5-7,9 faiz təşkil etdiyini bildirsə də ölkədə işsizlik, immiqrasiya problemlərinin qalması sosial-iqtisadi sahələrdə mühüm islahatların aparılmadığından xəbər verir. Ona görə də Ermənistanda növbəti gözlənilməz etirazların baş qaldıracağı istisna deyil. Bu isə Paşinyan hakimiyyətinin elə də uzunömürlü olmayacağından xəbər verir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
-
Bişsə də, zəhərli qala bilən 2 məhsul
-
Səhrada gecələr niyə bu qədər soyuq olur? - Düşündüyünüzdən fərqli SƏBƏB
-
Flaminqoların sirri - Niyə bir ayaq üstə dayanırlar?
-
Azərbaycanda 15 yaşlı qızla evlənən bəy həbs olundu
-
"MasterChef"in qalibi evində ölü tapıldı
-
Tünzalə Ağayeva yayda ancaq bununla qidalanır
-
İsveçdə 20 futbolçu itkin düşdü
-
Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı
-
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - (Video)
-
Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
-
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub - (Foto- Video)
-
100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
-
"Qucağıma sığan balacam artıq boyuma çatıb"
-
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub - (Foto)
-
"Qardaşımın qatilinin adını açıqlaya bilmədi"
-
Öz xoşbəxtliklərinə mane olan bürclər
-
Bu da Qalkin və Puqaçovanın 12 yaşlı qızları - (Foto)
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
-
Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub
-
Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrədəki daimi nümayəndəsi təyin edilib
-
Ağdaşdakı musiqi məktəbinə Habil Əliyevin adı verildi
-
Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
-
Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı





