Dünya

Süleymaninin qətlini kurasiya edən kəşfiyyatçı ölüb?

28 Yanvar 2020 16:32
0 Şərh     Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Əfqanıstanın Qəzni əyalətində qəzaya düşən ABŞ hərbi təyyarəsinin göyərtəsində Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabiti Maykl D` Andreanın da olduğuna dair məlumat yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir iddia ilə İranın "Mehr" agentliyi Rusiya kəşfiyyatındakı mənbələrə istinadən çıxış edib.

Bildirilir ki, qəza nəticəsində həlak olan Maykl D` Andrea Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq üzrə əməliyyatlarını, o cümlədən  İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin öldürülməsini kurasiya edib.

Qeyd edək ki, daha öncə "Taliban" hərəkatının nümayəndələri Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitlərinin qəza nəticəsində öldüyünü iddia ediblər. "Taliban" kəşfiyyatçıların adlarını açıqlamayıb. Amerika tərəfi bu məlumatı şərh etməyib.

Bu məqamda xatırladaq ki, Əfqanıstanın şərqində "Ariana Afghan Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya düşdüyü barədə məlumat yanvarın 27-də yayılıb.

Qeyd olunurdu ki, Herat-Kabul reysini həyata keçirən təyyarə "Taliban" qüvvələrinin nəzarət etdiyi ərazidə, Qəzni vilayətinin Deh Yak rayonunda qəzaya düşüb.

Təyyarənin göyərtəsində əvvəlcə 83, daha sonra isə 110 nəfərin olduğu bildirilmişdi. Dağlıq əraziyə düşən təyyarədəki bütün hərbçilərin öldüyü deyilirdi.

Xatırladaq ki, Qasım Süleymani yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.