Dünya

Ruhani: "Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü"

27 Yanvar 2020 21:42
10 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç bir ölkə İranın təzyiqlər qarşısında bu qədər davam gətirəcəyini düşünmürdü.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Prezidenti Həsən Ruhani İran vilayətləri valilərinin iclasında deyib.

Dövlət başçısı bildirib ki, hamı - rəsmi Tehrana dost və yaxşı münasibətləri olmayan ölkələr İranın bir neçə aydan artıq davam gətirə bilməyəcəyini təsəvvür edirdi.

"Bu, İranda sadə bir gün deyil, ölkə iki ildir ən ağır iqtisadi, siyasi və təbliğat təzyiqləri ilə üzləşib", - deyən Ruhani əlavə edib ki, hazırda İran xalqına qarşı təzyiq hər zamankından daha çoxdur.

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyalar siyahısını bir neçə mərhələdə genişləndirib. Sanksiyalar İranın iqtisadiyyatına güclü təsir göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.