Dünya

Türkiyə yenə silkələndi: Bu dəfə Ankara

27 Yanvar 2020 15:49
0 Şərh     Baxış: 5 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ankara şəhərində zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb.

Qeyd edilir ki, Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olub. Zəlzələnin 5 kilometr dərinlikdə baş verdiyi təsdiqlənib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.