Dünya

Daha bir ölkə güclü zəlzələ ilə silkələndi

27 Yanvar 2020 17:14
2 Şərh     Baxış: 1 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sakit okeanın cənubunda yerləşən Solomon adalarında zəlzələ olub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, ABŞ Geoloji Təhqiqatlar Mərkəzi mərkəzi Makira adasının Kirakira şəhərindən 105 km şimal-qərbdə yerləşən zəlzələnin 6,3 bal gücündə olduğunu açıqlayıb.

Episentr 18 km dərinlikdə olub.

Tələfat və dağıntı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, sözügedən ərazi "Sakit okean Alov Çevrəsi" seysmik xəttinin üzərində yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.