Dünya

İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı

24 Yanvar 2020 14:49
0 Şərh     Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Turin şəhərində təhsil alan və itkin düşmüş hesab edilən azərbaycanlı tələbə tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Xatırladaq ki, yanvarın 16-da Əliguşad Xıdırov adlı vətəndaş polisə müraciət edərək bildirib ki, o, İtaliyada yaşayan və təhsil alan 1996-cı il təvəllüdlü oğlu Cavidlə 10 yanvardan sonra telefon əlaqəsi qura bilmir. 

Yanvarın 23-də C.Xıdırov ailəsi ilə telefon əlaqəsi yaradaraq yaxın zamanlarda evində olacağını söyləyib. 

Faktla əlaqədar araşdırılma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.