Dünya

Gürcüstanda şərab istehsalı rekord həddə çatıb

24 Yanvar 2020 21:27
0 Şərh     Baxış: 3 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Gürcüstan dünyanın 53 ölkəsinə 94 milyon şüşə şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında bildirilib.

Vurğulanıb ki, bu göstərici ölkənin müstəqillik tarixində rekord həddir.

Hesabat dövründə şərab ixracının dəyəri isə əvvəlki illə müqayisədə 17 faiz artaraq 240 milyon ABŞ dollarına çatıb.

Qeyd edilib ki, ötən il ölkənin şərab ixracatı Böyük Britaniyaya 60 faiz, ABŞ-a 48 faiz, Polşaya 17 faiz və Çinə 2 faiz artırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.