Dünya

Hakerlər daha bir nüfuzlu şirkətin məlumatlarını oğurladılar

22 Yanvar 2020 16:44
0 Şərh     Baxış: 1 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Mitsubishi Electric" şirkətindən texnoloji məlumatlar oğurlayan iki çinli haker dəstəsi ifşa olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Tick" və "Black Tech" adlanan təşkilatlar avvəllər də Yaponiya və Tayvan şirkətlərini yeni texnoloji informasiyalar əldə etmək üçün hədəf seçiblər.

Bildirilir ki, eyni təşkilatlar 2017-ci ildə "Mitsubishi Electric"in serverlərinə daxil olmaq istəyiblər, lakin bu cəhdlərin qarşısı alınıb.

"Mitsubishi Electric" hesab edir ki, hakerlər müdafiə sifarişlərinə, elektrifikasiyaya və dəmir yol sahəsinə aid məlumatları əldə etməyə çalışıblar.

Ötən həftə baş verən kiber hücum zamanı hakerlər "Mitsubishi Electric" şərkətinə aid 120 kompüterin və 40 serverin məlumatlarına daxil ola biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.