Dünya

2020-ci ilin ən zəngin insanının adı açıqlandı

18 Yanvar 2020 18:47
0 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nüfuzlu "Forbes" jurnalı 2020-ci ilin ilk ayında dünyanın ən zəngin insanının adını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Chaumet", "Moët & Chandon и Hennessy" brendlərini birləşdirən "LVMH" fransız holdinqinin rəhbəri Bernar Arno yenidən siyahıya liderlik edir.

Bu, "Amazon"un səhmlərinin 0,7 faiz ucuzlaşmasından sonra baş verib. Belə ki, LVMH-in səhmləri eyni miqdarda artıb. Nəticədə, "Forbes" milyarderləri sıralamasında birinci yeri tutan "Amazon"un qurucusu Ceff Bezosun sərvəti 760 milyon dollar azalıb, ikinci yerdə olan Arno var-dövlətini 1.9 milyard dollar artaraq yerləri dəyişdirib.

Bernar Arno və ailəsinin sərvəti öncə 2019-cu ilin iyununda 100 milyard dolları keçib. O vaxtdan bəri, LVMH rəhbəri daha 17 milyard dollar qazanıb. 2019-cu ilin ikinci yarısında bir neçə dəfə dünyanın ən varlı adamı olub, ancaq sərvəti 115,6 milyard dollar olaraq qiymətləndirilən Bezos hər dəfə bu titulu özünə qaytarıb.

Arno və Bezosdan əlavə, "Forbes" milyarderlərinin ilk beşliyinə "Microsoft"un qurucusu Bill Qeyts, "Berkshire Hathaway"iın baş direktoru Warren Buffett və "Facebook"un qurucusu Mark Zukerberq daxildir.

Qeyd edək ki, azərbaycanlı iş adamı, "Lukoyl" şirkətinin Prezidenti Vahid Ələkbərov 26 milyard dollar sərvətlə siyahıda 40-cı yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.