Dünya

İstanbul - Təbriz təyyarəsi eniş edə bilmədi

18 Yanvar 2020 13:48
0 Şərh     Baxış: 2 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərindən Təbriz şəhərinə uçan İranın "IranAirtour" hava yollarına məxsus sərnişin təyyarəsi qarlı hava şəraitinə görə Təbrizin Şəhid Mədəni aeroportuna eniş edə bilməyib.

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təbriz şəhəri Şəhid Mədəni aeroportunun ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Hacıpur deyib.

M.Hacıpurun sözlərinə görə, Təbriz aeroportunda görmə üfüqü 400 metrədək azalıb və eniş zolağı sürüşkəndir.

Hacıpur əlavə edib ki, qeyd olunan təyyarə Tehranın İmam Xomeyni beynəlxalq aeroportunda eniş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.