Dünya

Xameneyi cümə namazı qıldırdı, kürsüdəki silah diqqət çəkdi - FOTO

18 Yanvar 2020 09:28
21 Şərh     Baxış: 4 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın ali dini lideri Ayətullah Əli Xameneyi 8 illik fasilədən sonra paytaxt Tehranın Musalla Məscidində cümə namazı qıldırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xameneyi çıxış etdiyi cümə xütbəsində gündəmdəki məsələlərdən danışıb, ABŞ-ı qınayan fikirlər səsləndirib.

Bundan başqa, çıxış edən zaman Xameneyinin kürsüsündə silah olması da diqqətdən qaçmayıb.

Qeyd edək ki, 80 yaşlı Xameneyi cümə namazını sonuncu dəfə 2012-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 33-cü ildönümü münasibətilə qılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.