Dünya

Latviyalı tələbələr insultun qarşısını almaq məqsədilə implant hazırlayıblar

17 Yanvar 2020 22:37
0 Şərh     Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

P.Stradınış adına Riqa Universitetinin "Smart Umbrella" tələbə komandası insult təhlükəsi barədə vaxtında xəbər verən filtr-implant hazırlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, komandanın məqsədi tromb səbəbindən beyin damarlarına qan getmədikdə meydana çıxan insulta dəqiq diaqnoz qoymaqdır.

Komandanın həmtəsisçisi, tələbə Viktoriya Luize Katarina Şefa söyləyib ki, filtrin topladığı məlumat həm pasiyent, həm də onun həkimi üçün əlçatan olacaq.

Qeyd edək ki, "Smart Umbrella" komandası ötən ilin dekabr ayında Avropa İnnovasiya və Texnologiya İnstitutunun "EIT Health" müsabiqəsinin üç laureatı sırasına daxil olub. Yarışda ümumilikdə 33 komanda iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.