Dünya

Bu il qlobal neft tələbatı gündəlik 1,2 milyon barrel artacaq

17 Yanvar 2020 07:21
0 Şərh     Baxış: 3 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ildə qlobal neft tələbatının sutkada 1,2 milyon barrel çoxalacağı gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2020-ci ildə qlobal neft tələbatı gündəlik 1 milyon 200 min barrel artaraq orta hesabla 102 milyon 700 min barrel təşkil edəcək. Agentlik əvvəlki proqnozunda bu il üzrə neft tələbatının sutkalıq artım tempinin 1 milyon 200 min barrel planlaşdırırdı.

IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 600 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.