Dünya

ABŞ-ın "B-52" təyyrələri nüvə bombalarından istifadəni dayandırıb

15 Yanvar 2020 22:12
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "B-52 Stratofortress" təyyarələri artıq nüvə bombalarından istifadə etməyəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məşhur "uçan qala"ların silahlanmasında yalnız nüvə başlıqlı qanadlı raketlər qalır.

Termonüvəli bombalar isə "stels" texnologiyalarından istifadə edən "В-2A Spirit" təyyarələrinin sərəncamına verilir.

Bu addım "B-52"lərin düşmənin hava hücumundan yayınaraq müdafiə zonasına keçə bilməmələri səbəbindən atılıb. Son zamanlar nəhəng bombardımançılar hədəfə zərbə endirmək üçün aşağıdan uçaraq raketlərlə hücum etmək məcburiyyətində qalıb ki, bu da onların özləri üçün təhlükəlidir.

Qeyd edilib ki, Pentaqon "B-52 Stratofortress" təyyarələrindən 2050-ci ilədək istifadə etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.