Dünya

Dəhşətli qəzadan əvvəl sərnişin əri ilə danışıb: “Narahatam” - FOTO

9 Yanvar 2020 15:04
0 Şərh     Baxış: 4 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehranda qəzaya uğrayan təyyarənin sərnişini, Kanadadan Tehrana anasını və bacısını ziyarətə gələn Şeyda Şadko uçuşdan 20 dəqiqə əvvəl ərinə zəng vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, əri Həsən Şadko ilə danışaraq ona uğur diləməsini istəyib.

Şeyda Şadko Trampın əmri ilə İran generalının öldürülməsindən sonra müharibə ola biləcəyi üçün narahat olduğunu bildirib.

"Ona heç bir şey olmayacaq, narahat olma, dedim", - deyən Həsən Şadko arvadının "Yaxşı. Telefonumu söndürməliyəm, təyyarə uçuşa başlayır", - söylədiyini bildirib.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və 9 heyət üzvü həlak olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.