Dünya

İranın ABŞ hərbi bazasına irimiqyaslı hücumu neftin qiymətini silkələdi

8 Yanvar 2020 15:27
0 Şərh     Baxış: 3 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın ABŞ hərbi qüvvələrinə qarşı irimiqyaslı raket hücumlarının ardınca neftin qiyməti kəskin şəkildə artıb.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, dünya bazarları təchizatla bağlı problemlərin yaranması gözləntiləri altında silkələnməyə başlayıb. Hücumlarla bağlı xəbərlərin dərhal ardından neftin barrelinin qiyməti 70 dollardan yuxarı qalxıb.

İslam İnqilab Keçikçiləri Korpusunun raket zərbələrinin məsuliyyətini öz üzərinə götürən açıqlamasından dərhal sonra London birjasında neft fyuçerslərinin qiyməti 5 faiz artıb.

Amma Donald Tramp "hər şey yaxşıdır" şəklində tvit paylaşdıqdan sonra qiymətlər bir az geri çəkilib. Bununla belə müharibə ehtimalları altında bazarlarda çalxalanma davam edir.

Ekspertlərin fikrincə, bundan sonra veriləcək istənilən açıqlama və ya baş verə biləcək istənilən hadisə qiymətlərin dəyişməsinə gətirib çıxaracaq.

Qasım Süleymani

Xatırladaq ki, ötən gecə İran ABŞ-ın İraqdakı hərbi bazalarına ballistik raketlərlə zərbələr endirib. Zərbələr İraqda İran generalı Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsinə cavab olaraq endirilib.

İran tərəfinin açıqlamasına görə, 80 ABŞ hərbçisi öldürülüb. ABŞ tərəfi isə hücumları təsdiqləsə də, itkilərlə bağlı hesablamaların başa çatmadığını əsas gətirərək bu barədə susub.

Donald Tramp

Gün ərzində Donald Trampın baş vernlərlə bağlı nitq söyləycəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.