Dünya

Ölkə tarixində ilk - Müdafiə naziri qadın oldu

8 Yanvar 2020 21:21
0 Şərh     Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriya Xalq Partiyasının təmsilçisi Klaudia Tanner Federal Müdafiə Nazirliyinə rəhbərlik edən ilk qadın kimi ölkə tarixinə düşüb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, yanvarın 7-də Vyanada Prezident Administrasiyasının yerləşdiyi "Hofburq" sarayında yeni qurulmuş federal hökumətin andiçmə mərasimi zamanı ictimaiyyətə təqdim olunub.

K.Tanner nazir səlahiyyətlərini qəbul edərkən qarşıda çətin və yoxuşlu bir yolun durduğunu, orduda perspektivli resurs və strukturlar, müasir texniki baza və silahlara ehtiyac olduğunu bildirib. 

Qeyd edək ki, yeni hökumət nazirlər və dövlət katibləri daxil olmaqla, 17 nəfərdən ibarətdir

Daha əvvəl isə Avstriya Prezidenti Aleksandr Van der Bellen kansler Sebastyan Kurtsun rəhbərlik etdiyi hökumətin tərkibini təsdiq edib. Bununla da Kurtsun kansler kimi  ikinci fəaliyyət dövrü başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.