Dünya

Fransada pensiya islahatı əleyhinə tətil və nümayişlərə yeni çağırışlar edilib

3 Yanvar 2020 22:14
0 Şərh     Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada Dəmir Yolları Milli Şirkəti (SNCF) yanvarın 2-də pensiya islahatı əleyhinə etiraz hərəkatının 29-cu günü hava yolları işçilərinə də tətil və nümayişlə bağlı çağırışlar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumət və həmkarlar təşkilatları arasında danışıqlar yanvarın 7-nə təyin edilib. Ancaq buna baxmayaraq, Spaf-təyyarə pilotları və SNGAF-təyyarə bələdçiləri həmkarlar təşkilatları Fransa Hava Yollarının işçilərini gələn həftə tətil etməyə çağırıblar.

Yanvarın 2-də Marsel şəhərində 2 mindən çox insan pensiya islahatı əleyhinə əllərində məşəl yürüş edib. Nümayişçilər bildiriblər ki, bununla hökumətin onların səsini eşitməsinə nail olmaq istəyirlər. Həmkarlar təşkilatları hökumət pensiya islahatını geri götürənə qədər tətil və nümayişləri davam etdirəcəklərini bildiriblər. Ölkədə nəqliyyat sistemi iflic olaraq qalır.

Xatırladaq ki, 1986-1987-ci illərdə Fransada sosial münaqişə zəminində tətil 28 gün davam etmişdi. Dəmir Yolları Milli Şirkəti (SNCF) yanvarın 2-də tətilin 29-cu gününü qeyd etməklə bu rekordu yeniləyib. Həmkarlar təşkilatları yanvarın 9-na ümumi tətil və nümayişlər təyin ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.