Dünya

ABŞ-dan öz vətəndaşlarına çağırış - İraqı dərhal tərk edin

3 Yanvar 2020 13:20
0 Şərh     Baxış: 2 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını artan gərginliklə əlaqədar İraqı dərhal tərk etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu müraciət Dövlət Departamentinin "Twitter" səhifəsində yer alıb.

Müraciətdə qeyd olunub ki, ABŞ vətəndaşları İraqı təyyarə ilə tərk etməli, bu mümkün deyilsə, quru yolla digər ölkələrə keçməlidir.

Qeyd edək ki, bu çağırış İraqda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra edilib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.