Dünya

Strasburqda Yeni il gecəsi 200-dən çox avtomobil yandırılıb

1 Yanvar 2020 21:49
0 Şərh     Baxış: 1 930
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın Aşağı Reyn departamentində, Strasburqda Yeni il gecəsi 200-dən çox avtomobil yandırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, daha 26 avtomobili Yuxarı Vyenna departamentinin Limoj şəhərində yandırıblar. Bundan əlavə, Yeni il gecəsi bir nəfər Parisdə, daha biri isə Aşağı Reyn departamentindəki Aqno şəhərində atəşfəşanlıq səbəbindən ölüb. Aşağı Reyn departamentinin polis prefekturasının məlumatına görə, atəşfəşanlıq avadanlıqları və pirotexnika vasitələrindən istifadə nəticəsində 50 nəfər yaralanıb, onlardan 20-si azyaşlıdır.

Fransada Yeni il şənlikləri təqaüd islahatı əleyhdarlarının davam edən etirazları və "sarı gödəkçəlilər" hərəkatının mitinqləri fonunda keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.