Dünya

Litvada hesab edirlər ki, müəssisələrdə iş vaxtının azaldılması zəruridir

27 Dekabr 2019 23:34
0 Şərh     Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Litva İşəgötürənlər Konfederasiyasının prezidenti Danas Arlauskas bildirib ki, müəssisələrdə iş vaxtının azaldılması labüddür və gələcəkdə şirkətlərin çoxu bu yolu seçəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, D.Arlauskas "Elta" agentliyinə müsahibəsində deyib: "Bu, labüd prosesdir. Bu yeni vasitəni tətbiq edən müəssisələrin sayı get-gedə artacaq. Mənim fikrimcə, bu, işçilərin loyallığını artırmaq üçün bir sosial vasitədir. Hazırda insan resursları uğrunda mübarizə gedir".

Onun sözlərinə görə, indi işçilərin əməkhaqqının artırılması kifayət deyil, onlar həm də sosial zəmanətlər istəyirlər. D.Arlauskas deyib: "Fiziki iş baxımından, həftədə iki gün istirahət etmək kifayətdir, lakin yüksək emosional gərginlik, intensiv yaradıcı proses gedən yerlərdə məhsuldar işləmək üçün iki gün azdır, bunun üçün daha çox vaxt tələb olunur". İşəgötürənlər Konfederasiyasının prezidentinin sözlərinə görə, yaradıcı fəaliyyət üçün iş vaxtının azaldılması böyük əhəmiyyət kəsb edir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının apardığı araşdırma nəticəsində məlum olub ki, Litva iş vaxtının ən çox olduğu ölkələrin ilk onluğuna daxildir. Bu ölkənin sakinləri orta hesabla ildə 1885 saat işləyirlər. Latviyada bu göstərici ildə 1910 saat, Estoniyada 1855 saatdır. İsveçdə vətəndaşlar hər il 1621 saat, İsveçrədə 1590, Belçikada 1551 saat işləyirlər.

Danimarkada artıq neçə onillikdir ki, iş həftəsi 37 saata endirilib. Bu vaxtın 30 saata endirilməsi nəzərdə tutulur. Danimarka nümayəndələri bu ideyanı Litvaya da tövsiyə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.