Dünya

İran kəşfiyyatının məşhur zabiti öldürüldü - Paytaxtda

25 Dekabr 2019 20:59
1 Şərh     Baxış: 3 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) yüksək rütbəli zabiti Hani Korde Tehranda qətlə yetirilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə dekabrın 23-də baş verib.

Motosikletli 6 naməlum şəxs küçədə Hani Kordeyə hücum edib, ona çoxlu sayda bıçaq zərbələri endirdikdən sonra hadisə yerindən qaçıblar.

Xəstəxanaya çatdırılan məşhur iranlı zabitin həyatını xilas etmək mümkün olmayıb.

Hücumun kim tərəfindən təşkil edildiyi hələlik məlum deyil. Hadisə polis tərəfindən araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.