Dünya

BMW 312 min avtomobili geri çağırır

25 Dekabr 2019 21:50
0 Şərh     Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın məşhur şirkəti BMW Çin bazarında satdığı 312 min avtomobili yanacaq çənindəki qüsurlara görə geri çağırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilir ki, dekabrın 27-də başlayacaq proses çərçivəsində "BMW Group"un Çindəki müştərək müəssisəsi olan "BMW Brilliance Automotive"in 2011-2016-cı illərdə istehsal etdiyi BMW 3-cü seriya modelindən müxtəlif modifikasiyalı avtomobillər geri çağırılacaq.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, nasaz çənlər yanacaq çatışmazlığına, o da öz növbəsində təhlükəsizlik risklərinin çoxalmasına səbəb ola bilər.

"BMW Brilliance Automotive" nasaz detalları öz hesabına dəyişəcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.