Dünya

Bu dövlət “Uber”in fəaliyyətinə qadağa qoydu

21 Dekabr 2019 11:51
0 Şərh     Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiya Sənaye və Ticarət İdarəsi "Uber" ilə konfliktdə olan yerli taksi xidməti - "Cotech"in tərəfini tutaraq "Uber" xidmətinin ölkədə fəaliyyətinə qadağa qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumat ölkənin Sənayə və Ticarət İdarəsinin saytında yerləşdirilib.

Qərar qəbul olunandan dərhal sonra "Uber B.V", "Uber Technologies INC" və "Uber Colombia SAS"a "Uber" mobil tətbiqetmənin xidmətlərindən istifadə etmək qadağan edilib.

Yerli mətbuat orqanları yazır ki, qərardan narazı olan "Uber" şirkəti Kolumbiya Ali Məhkəməsinə müraciət edib. Kolumbiyada 88 mindən çox sürücü "Uber" taksi xidmətində çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.