Dünya

Türkiyədə təhlükəli terrorçu saxlanılıb

21 Dekabr 2019 08:13
0 Şərh     Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda "İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi" (DHKP-C) terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində terror təşkilatının üzvləri Oya Aslan və Yüksel Doğan saxlanılıb.

Qeyd olunur ki, Oya Aslan Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan terrorçular siyahısında "yaşıl kateqoriya"ya daxil edilib. O, terror təşkilatında rəhbər vəzifələrdən birini tutub.

Xatırladaq ki, "İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi" (DHKP-C) 1978-ci ildən bəri Türkiyədə fəaliyyət göstərən marksist terror təşkilatıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.