Dünya

“The Guardian” Zamirə Hacıyevanı ələ saldı - FOTO

19 Dekabr 2019 19:19
0 Şərh     Baxış: 5 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin məşhur "The Guardian" qəzeti bu il də maraqlı suallardan ibarət ənənəvi "Christmas quiz" başlıqlı sorğunu aparıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sorğuda müxtəlif biznes sahələrində əldə olunan və itirilən gəlirlərlə bağlı məlumatlara dair 25 zarafatyana sual verilib.

Burada diqqətçəkən suallardan biri isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı, ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) adlı qanunla adını tarixə yazdıran Zamirə Hacıyeva ilə bağlı olub.

Belə ki, nəşr 56 yaşlı Hacıyevanın fotosunu paylaşaraq ironik şəkildə "Həbsdə olan azərbaycanlı bankirin həyat yoldaşı Zamira Hacıyeva xərcləmə vərdişinə dair polis araşdırmasına görə, "Harrod"da sendviçlərə nə qədər pul xərcləyib?" sualını ünvanlayıb. Üç bənddən ibarət isə (320, 32 000, 332 000 funt sterlinq) cavab haqqı verilib.


Məlum olduğu kimi, Z. Hacıyeva 10 ildən artıq müddət ərzində bir çoxu həyat yoldaşının bankına aid olan 54 kredit kartından istifadə edərək, "Harrods" mağazasından 16 milyon funt sterlinqlik alış-veriş edib.

Hacıyevanın işlətdiyi çeklərə əsasən müəyyənləşib ki, o, mütəmadi olaraq dizayner Tom Diksonun bahalı sendviç kafesinə baş çəkib. Maraqlısı odur ki, hazırda fəaliyyət göstərməyən bu kafedə qızardılmış donuz əti və cips ilə hazırlanmış bir sendviçin qiyməti 13,90 sterlinq təşkil etsə də, Hacıyeva bu məkanda 738 334 manat (332 min sterlinq) xərcləməyə müvəffəq olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.