2020-ci ildə ABŞ Baltikyanı ölkələrdə regional hava müdafiəsinin inkişafı üçün 50 milyon dollar ayıracaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniyanın "ERR.ee" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ-ın hərbi büdcəsi 2020-ci ildə 675,6 milyard dollardan 695,1 milyard dollara və ya təxminən 2,8 faizə qədər artacaq. ABŞ hərbçilərinin əmək haqqı 3,1 faiz artacaq ki, bu da son on ildə ən böyük artımdır.
Əsaslı tədqiqatlar və gələcək texnologiyaların təkmilləşdirilməsi, raketdən müdafiə və kibermühafizə üçün subsidiyalar da əhəmiyyətli dərəcədə artırılacaq. Baltikyanı ölkələrdə hava müdafiəsinə dəstək verməklə yanaşı, Ukraynanın təhlükəsizliyinin gücləndirilməsi üçün 250 milyon vəsaitin ayrılması da nəzərdə tutulur.
Milli.Az