Rumıniyanın Ploeşti şəhərində qatar qəzası olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, "dayan" siqnalına əhəmiyyət verməyən yük qatarı sərnişin qatarı ilə toqquşub. Nəticədə hər iki qatar relsdən çıxıb.
Qəza zamanı 5 nəfər xəsarət alıb. Ploeşti vağzalında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Milli.Az