Rumıniyada qatarlar toqquşub, xəsarət alanlar var

18 Dekabr 2019 20:31

Rumıniyanın Ploeşti şəhərində qatar qəzası olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "dayan" siqnalına əhəmiyyət verməyən yük qatarı sərnişin qatarı ilə toqquşub. Nəticədə hər iki qatar relsdən çıxıb.

Qəza zamanı 5 nəfər xəsarət alıb. Ploeşti vağzalında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Milli.Az